Türkiyənin TV8 kanalının rəhbəri Acun Ilıcalı ilə sevgilisi Çağla Altunkayanın toy dəvətnaməsi ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, Acun Ilıcalı sadə, qara fonda yazılmış rəqəmsal toy dəvətnaməsi hazırlayıb və yaxın ətrafına göndərib.
Sentyabrın 4-də Esma Sultan Köşkündə baş tutacaq toy mərasiminə iş, sənət və idman dünyasından çoxlu qonaqlar qatılacaq.
İştirak edən qonaqlardan sosial şəbəkələrdən istifadə etməmələri istənilib. Dəvətnamədə deyilir: "Xahiş edirəm, sosial mediada paylaşım etməyin".
Bundan əlavə, qonaqlardan qara geyinmələri istənilib.
Qeyd edək ki, 55 yaşlı Acun Ilıcalının sevgilisi özündən 30 yaş kiçikdir.