Ötən ilin noyabrında çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən sosial media fenomeni Dilan Polatın həyat yoldaşı Engin Polat və digər ittihamçılar barəsində qərar verilib.
Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarı ilə 4 şübhəli - Engin Polat, Sezgin Polat, Alper Kürşat Polat və mühasib Ahmet Gün azadlığa buraxılıb.
Enginin həyat yoldaşı Dilan sosial media hesabında bununla bağlı paylaşım edib. O, məşhur "Enerci" mahnısı sədaları altında rəqs edib.
Qeyd edək ki, cütlük həbsdən əvvəl də bu mahnı ilə gündəmə gəlirdi. Onlar bir çox videolarını bu mahnı ilə paylaşırdı.
Xatıradaq ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Onlar çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.