12 Sentyabr 13:26
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur "Yalı çapkını" serialının yeni mövsümündə rol alan Pelin Akil obrazı haqqındakı şərhlərdən danışıb.

Teleqraf.com xəbər verir ki, aktrisa bu sözləri deyib: "Mən sosial şəbəkədəki şərhlərə alışdım. Həyat yoldaşım, qaynanam haqqında da şərhlər yazırlar. Bu bir hekayədir, ssenari yazılır. Mən də aktrisayam və işimi görürəm. Şərhləri isə bu qədər ciddiyə almırıq. Öncə şərhləri oxuyurdum, sonra oxumamağa qərar verdim".

Qeyd edək ki, Pelin Akil serialda aktyor Mərd Ramazan Dəmirin canlandırdığı "Ferit" obrazının sevgilisi "Diyar"ı canlandıracaq.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər