Yaxın günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından işdən çıxarılan aktyor Ziya Ağa sosial media hesabında paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Ziya Ağa İnstaqramda tamaşadan foto paylaşaraq bu sözləri yazıb: "Teatr tariximizdə bir ilk idi. Bu tarixi anı sizlərlə yaşamaq, bölüşmək həddən ziyadə qürurlu idi. Bütün tamaşaçılarımıza minnətdaram. Ümumiyyətlə, hər kəsə hər şeyə görə təşəkkür edirəm".