20 Sentyabr 13:44
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu həmkarı Vəfa Şərifovanın ittihamlarına cavab verib.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu İnstaqramda video paylaşaraq Vəfa Şərifovanın iddialarını yalanlayıb:

“Vəfa deyir ki, mənim haqqıma giriblər, Yutub kanalımn idarə edən Nadir Kərimovu qanunsuz şəkildə işlədiyi yerdən aparıblar. Yalan söhbətdir. Bəli, “Cənnətimsən” mahnısını qanunsuz şəkildə Vəfa Şərifovanın adına çevirdiyinə görə və qanunsuz şəkildə Yutub haqları ilə oynanıldığına görə Xətai rayon Baş Polis İdarəsi Nadiri ofisindən aparıblar.

Nadirə zəng ediblər, getməyib, sonra polislər qanuni şəkildə aparıblar. Orada ərizə yazıb, daha sonra Vəfa nə edibsə, Nadiri oradan çıxarıb. Amma, sən Vəfa, bir şeyi nəzərdə saxla ki, burada haqsız sənsən. Mənim mahnım sənin Yutub kanalından ona görə silinib ki, mən 4 gün əvvəl lazımi dəlilləri Yutub idarəçilərinə göndərmişəm. Onlar araşdırıblar və saxta yükləmə olduğunu üzə çıxarıblar.

Burada sənin şəxsiyyətinə toxunulmur və artıq söz deyilmir, sadəcə, mahnı ilə bağlı sən haqsızsan. Sən kimisə vurub əzmək istəyirsən. Nə əzilmə, nə də əzmə. Sənin mahnını Yutub vurdu. Nadir də qanuni şəkildə sənin işçin olaraq polislər tərəfindən aparıldı. Get araşdır, tap, sonra danış. Günaha girmə, artıq danışma, başın ağrıya bilər”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər