"Xəzər" televiziyasından ayrılan aparıcı Afaq Gəncəli yenidən Azad Azərbaycan televiziyasında fəaliyyətinə davam edəcək.
Aparıcı Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Artıq ATV-də fəaliyyətə başlamışam. Verilişin formatı isə sürpriz olsun. Bu haqda indi açıqlama vermək istəmirəm".
Qeyd edək ki, bu haqda ilk məlumatı Olay.az saytı yayıb.