5 Mart 2015 11:25
2 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı məşhur aktrisa Merlin Monronun ölümündən öncəki son fotoları satışa çıxarılacaq.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, satışa çıxarılan kolleksiyaya 6 şəkil daxildir. Onun qiyməti isə 36 min dollar olacaq. Aktrisanın öldüyü həftə çəkdirdiyi son fotoların müəllifi fotoqraf Corc Barris olub.

Şəkillər aktrisanın avtobioqrafik kitabı üçün çəkilib. Merlinin yaxın dostu olan Corc aktrisanın ölümündən sonra fotoları ictimaiyyətə təqdim etmək istəməyib.

Qeyd edək ki, auksion martın 10-16-da baş tutacaq.

Teleqraf.com həmin fotoları təqdim edir :

Rüstəm


Müəllif: