1 Aprel 2015 10:25
2 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Salam, Azərbaycan” səhər proqramının teleaparıcısı canlı efirdə həmkarları ilə “1 aprel – gülüş günü” ilə əlaqdar zarafatlar edib.

Məşhur və sevilən teleaparıcı Aytən Səfərova canlı efirdə paytaxt yollarındakı vəziyyəti çatdırmaq üçün NİİM-in ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı ilə bağlantı qurarkən onunla zarafatlaşıb.

Tanınmış teleaparıcı NİİM mütəxəssisinə arxadakı əməkdaşlarından birinin halının pisləşdiyini desə də, onun bu sözləri qarşı tərəfə indandırıcı gəlməyib və Aytən Səfərova bu xanımı aldada bilmədiyi üçün heyfsiləndiyini vurğulayıb.

Daha sonra o, “Şou-Biz” proqramının müxbiri Xanım Eynullayeva ilə də zarafat edib. Belə ki, A.Səfərova şou-biznes müxbirinə mikrofonunun sönmüş vəziyyətdə olduğunu, işləmədiyini deyib. Buna inanan aparıcı mikrofonunu düzəltmək istədikdə xanım Səfərova növbəti “1 aprel qurbanı”nın o olduğunu dilə gətirib./anspress/


Müəllif:

Oxşar xəbərlər