Türkiyənin məşhur aktrisa-aparıcı olan Pınar Altuğ indi də ləl-cəvahirat işinə əl atıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı yeni kolleskiyasına anasının adını - "Selma by Pınar Altuğ" qoyub.
Jurnalistin "bu ideya ağlınıza necə gəldi" sualına Pınar belə cavab verib:
"Bu iş bir markanın siması olmağımla başladı. Müxtəlif ləl-cəvahirat işləri hazırlayarkən "burasını düzəldək, mən olsaydım belə edərdim" deyən zaman arıtq dizayn prosesində iştirak edirdim. Sonra isə özüm sərbəst davam etmək istədim. Çünki bütün cizgilər mənə məxsus idi".
Xatırladaq ki, aktrisa-aparıcı Pınar Altuğ daha əvvəl kater tekstili, ev tekstili, sonra ayaqqabı kolleksiyonu və indi də ləl-cəvahirat işinə girib.
Rüstəm