Aktrisa Sinem Kobal gəlinlik geyib.
Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, baş rollarında Bennu Yıldırımlar, Selma Ergeç və S.Kobalın oynadığı "Gönül işleri" serialında bu həftə toy olacaq. Belə ki, Sinemin qəhrəmanı Sevda Can Yamanın canlandırdığı Bedirlə ailə qurur.
Çəkilişlərdə sadə və romantik gəlinlik libası geyinən aktrisa "başıma gəlsin" deyərək həm də fotokamera qarşısına keçib.