15 Aprel 2015 15:55
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova xeyriyyə aksiyası keçirəcək.

O, böyrək çatışmazlığından əziyyət çəkən Nicat Paşayevə yardım etmək üçün sənətçi dostlarını başına toplayacaq.

Müğənni Teleqraf.com-a açıqlamasında bildirib ki, Nicatın əməliyyatı üçün 50 min manat vəsait lazımdır: "Bu məqsədlə aprelin 18-də və 19-da saat 18:00-dan başlayaraq xeyriyyə tədbiri və konsert olacaq. Tədbirdə bir çox tanınmış müğənnilər, aparıcılar və başqa sənət nümayəndələri iştirak edəcək. Xeyriyyə tədbirindən yığılan vəsait Nicatın əməliyyatı üçün sərf ediləcək. Mən hər kəsi ailənin tək övladı olan 22 yaşlı Nicata kömək etməyə səsləyir".

Nərmin


Müəllif: