Meksikalı tanınmış aktrisa Salma Hayek Livanda yerləşən Suriya qaçqınları düşərgəsinə gedib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisa YUNİSEF-in xeyriyyə proqramı çərçivəsində qaçqınlar düşərgəsinə baş çəkib. O, burada aclıq və səfalətdən əziyyət çəkənlərlə maraqlanıb.
Aktrisa rəsmi müraciətində bunları deyib:
“Milyonlarla uşaq öz uşaqlığından, evindən və yaxınlarından ayrı düşüb. Suriya münaqişəsi nəticəsində təhsildən uzaqlaşıblar. Onlar ailələrinə baxmaq üçün işləmək məcburiyyətindədirlər”.
Salma Hayek hər kəsi xeyriyyə aksiyasına qoşulmağa və yardım etməyə çağırıb.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm