4 May 2015 11:16
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Tacir Şahmalıoğlu "Səbəbkar" verilişinin yaradıcı heyəti ilə birlikdə qonaq getdiyi evdə ağlayıb.

Teleqraf.com xəbər verir ki, o, çəkiliş heyəti ilə birlikdə ağır vəziyyətdə yaşayan ifaçı Elmira Əliyevanın evində qonaq olub. Sənətçinin ağır yaşayış tərzini görən Tacir göz yaşlarını saxlaya bilməyib.

"İndi ağır vəziyyətdir. Ailəmi ayaqda saxlamağa çalışıram. Əgər imkanım olsaydı, Elmira xanıma ev alıb verərdim. O, bu vəziyyətdə yaşamalı sənətkar deyil. Onun bu şəraitdə yaşamasını gözləmirdim. Ayda bir-iki dəfə ona bacardığım qədər kömək edəcəm. Vicdanlı insanlara səslənirəm: əlinizdən nə gəlirsə, Elmira xanıma kömək edin".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər