1-3 may tarixlərində “Jumeirah Bilgah Beach” otelində Hafiz Ağayevin prodüser mərkəzinin təşkilatçılığı ilə Baku Fashion Week moda həftəsi keçirildi.
Teleqraf.com xəbər verir ki, dəb marafonunda yeni kolleksiyasını nümayiş etdirənlər arasında Gülşən İbrahimovanın kreativ direktoru olduğu Magura by Gulshan Tagi brendi də var idi.
Ağ və qara rənglər hər zaman dəbdədir. Dizayner Gülşən İbrahimovanın "Black in White" adlanan yeni kolleksiyasında yer alan bütün geyimlər bu rənglərin zamana hakimliyini bir daha sübut etdi. Bu səbəbdən moda marafonunda qotik və klassik formalı axşam libasları təqdim edən Magura by Gulshan Tagi brendinin nümayişi böyük maraqla qarşılandı.
"Black in White" iki rəng üzərində qurulsa da, biçimlər hər bir müştərinin zövqünə uyğun geyim seçmək imkanı verir. Gülşən İbrahimova əsas yeri parçaların kəsiminə və materialların bir-biri ilə simfoniyasına verib. Kolleksiyanı unikal edən daha bir məqam bütün libasların əl işi olmasıdır.
Rüstəm