11 May 2015 16:32
555

İngiltərədə keçirilən “BAFTA -2015” (“British Academy Television Awards 2015”) mükafatlandırma mərasiminin qalibləri məlum olub.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, “Şerlok” serialındakı roluna görə “Ən yaxşı aktyor” adına namizəd göstərilən Benedikt Kamberbetçin mükafatsız qalması gecənin ən çox danışılan hadisəsi olub. Əvəzində, həmin nominasiya üzrə qalib “İtirilmiş şərəf” serialının aktyoru Ceysin Uotkins seçilib. Bu arada, Kemberbetçin mərasimə gəlməməsi də diqqət çəkib.

Digər nominasiyalar üzrə qaliblərin siyahısı:

“Ən yaxşı aktrisa” – Corcina Kempbell, “Murdered By My Boyfriend”

“İkinci planda ən yaxşı rol” – Stiven Ri, “The Honourable woman”; Cemmi Cons, “Marvellous”

“Ən yaxşı dramatik tele-layihə” – “Happy Valley”

“Ən yaxşı sabun operası” – “Coronation Street”

“Tamaşaçı sevgisini qazanan serial” – “Şerlok”

“Beynəlxalq layihə” – “Əsl detektiv” (“True Detective”)

Rüstəm


Müəllif: