Hollivudun məşhur aktyorlarından olan Morqan Friman mütəmadi olaraq marixuana istifadə etdiyini deyib.
Teleqraf.com xəbər verir ki, bu barədə aktyor "The Daily Beast" nəşrinə müsahibəsində bildirib. 77 yalı Morgan həyatını marixanuasız təsəvvür etmədiyini və bütün dünyada onu leqallaşdırmaq lazım olduğunu bildirib.
"Məndə fibromialqiya aşkar olunub. Əllərimdə yaranan bu ağrını yeganə sakitləşdirən vasitə marixuanadır. Həmçinin sübut edilib ki, marixuana epileptik tutmaları olan zəif uşaqların da ağrılarını aradan qaldırır. Məhz buna görə də mən hesab edirəm ki, marixuana dünyada qanuniləşdiriləməlidir".
Rüstəm