Azərbaycanın əməkdar artisti Elza Seyidcahan Binəqədi rayonu, Azadlıq prospektində yanan binanın sakinlərinə baş çəkib.
Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, müğənni yanğın baş verən əraziyə gələrək zərərçəkən sakinlərlə görüşüb.
Hadisə yerinə gül qoyan Elza xanım binadan çıxarılan pianinoya yaxınlaşaraq, ölənlərin ruhu üçün matəm musiqisi ifa edib.