“Vienner Şdathal” Arenada “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci qrupundan finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri mətbuat konfransı keçirib və öz təəssüratlarını bölüşüblər.
Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, hər bir təmsilçinin çıxışından sonra onun finalda hansı hissədə çıxış edəcəyi müəyyənləşdirilib.
Elnur Hüseynov jurnalistlərin “Siz bu gecə mahnının sözlərində deyildiyi kimi, yata biləcəksinizmi?” – sualını cavablandırarkən deyib: “Ümid edirəm ki, yata biləcəyəm. Mənə səs verən hər kəsə minnətdarlığımı bildirirəm”.
Mayın 23-də keçiriləcək final konsertində Litva, Sloveniya, İsveç, Kipr, Norveç, İsrail birinci, Azərbaycan, Monteneqro, Polşa, Latviya isə ikinci hissədə çıxış edəcəklər.