"Özümü insanların reaksiyaları nəticəsində kəşf etdim"
Türkiyə ən gözəl qızı seçilən Ecem Çırpan yerlı mətbuata özü haqqında maraqlı açıqlamalar verib. Teleqraf.com həmin müsahibəni təqdim edir:
Ecem Çırpan 18 yaşında olduğunu və Bursa şəhərində doğulduğunu bildirib: "İstanbulda çox qohumlarımız var, amma biz Bursada yaşayırıq. Atam təqaüdçü, anam isə evdar qadındır. Bir bacım var. Göründüyü kimi, çox sadə ailəm var. Uşaqlıqdan bəri idaman həyatımdan böyük yer tutub. 9 ildir ki, peşəkar volebolla məşğulam. Türkiyə milli komandasının heyətində də oynamışam. Ötən il Türkiyənin Nilufər Bələdiyəspor komandasında oynayırdım. Ancaq bundan sonra voleybola davam edərəmmi, bilmirəm.
Ailəmin və məni tanıyanların dediyinə görə, uşaqlıqdan çox gözəl olmuşam. Mən də özümü insanların reaksiyaları nəticəsində kəşf etdim. Vaxtilə gözəl bədən qurluşma görə məni qısqananlar da oldu. Həddindən artıq həssasam. Ətrafdakıların təkidi ilə müsabiqədə iştirak etmək qərarına gəldim. 1.85 boyum, 60 kq çəkim var. Bilirəm, məncə qarın nahiyəmdəki artıq çəkilərdən azad olmalıyam. Bir də dişlərimi düzəltdirəcəm. Özümdə ən çox gözələrimi bəyənirəm.
Hündür boylu olmağın müsbət və mənfi tərəfləri var. Yeni mühitə düşəndə həddindən artıq diqqət çəkirsiniz. Bütün nəzərlər sizə yönəlir. Bu, müsbət tərəfidir. Ancaq boyunuza uyğun geyim tapmaq çox çətindir. Hüdürdaban ayaqqabı geymək olmur. Səhnədə yerişimi çox tənqid edənlər olub, amma mən bu müsabiqədə həyatımda ilk dəfə hündürdaban ayaqqabı geyindim. Rahat geyimi çox sevirəm. Yəqin ki, bundan sonra da idman ayaqqabıları geyinməyə davam edəcəyəm.
İlk sevgimi 16 yaşımda yaşadım. Təzəlikcə bitdi. İndi həyatımda heç kim yoxdur və yeni bir münasibət qurmağı da düşünmürəm. Xarici görünüşə çox əhəmiyyət vermirəm. Ancaq boyu məndən balaca sevgilim ola bilməz. Sağ biləyimdə ingilis dilində "Heç kimə güvənmə" yazılıb. Psixoloji gərginlik keçirdiyim bir dövrdə yazdırmışdım. Sol biləyimdə isə ürək şəkli döydürmüşəm. Həmçinin, sol qolumda volebolla bağlı tatu var.
Məni məşhur aktrisa Tuba Büyüküstünə bənzədirlər. Mən də Tuba Büyüküstünü çox sevirəm. Hazırda böyük planlar qurmamışam. Ancaq manekenlikdən daha çox aktrisalığa özümü mənəvi olaraq yaxın hiss edirəm. Əgər hansısa layihədə mənə yer verəcəklərsə, boyuma uyğun olan Kivanç Tatlıtuğ ilə eyni səhnəni bölüşmək istəyərdim. Burdan da ona səslənirəm.
Əhvalım gün ərzində çox tez-tez dəyişir. Elə buna görə mənə xoş gələn hər müsiqini dinləyə bilərəm. Sezen Aksunu dinləməyi çox sevirəm.
Yalan danışmayacağam, kitab oxumağı çox sevmirəm. Yalnız sosial şəbəkədə nəzər salıram.
Mənim haqqımda şərhlərin təsiri altında çox qalıram. Sosial şəbəkədə səhnədəki yerişim haaqında tənqidi şərhlərə çox üzlüdüm. Özümə hədəf seçmişəm. Düyna Gözəllik Müsabiqəsinə (Miss World) qədər düzgün yerişi öyrənəcəyəm.
Günel Ağayeva