29 İyun 2015 18:13
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov “Günaydın” verilişinin qonağı olub. Onunla yanaşı bir sıra idmançı, rəqqas və skripkaçı Səlim də verilişdə qonaq olub. Verilişin ən maraqlı məqamı isə Səlimin ifası zamanı yaşanıb.

Studiyada olan qonaqlar musiqiçinin ifasına biganə qala bilməyib və rəqs ediblər.

Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun şıdırğı rəqsi isə verilişdə gur alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

Publika.az Yaşar Bəşirovun rəqsindən fotoları təqdim edir.


Müəllif:

Oxşar xəbərlər