2 İyul 2015 12:37
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Enrike İqlesias sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, hadisə may ayında baş verib. İqlesias meneceri ilə Mayamidə hərəkət edərkən təcili yardım maşınına yol verməyib və polis tərəfindən saxlanılıb.

Sənədlər yoxlanılarkən məlum olub ki, sürücülük vəsiqəsi yarım illiyə nəzərdə tutulubmuş.

İqlesiasa qarşı iki ittiham irəli sürülüb. Günahı sübut olunacağı təqdirdə ifaçını altı aya qədər həbs müddəti gözləyir.

Məhkəmə iyulun 10-nə planlaşdırılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər