6 İyul 2015 14:35
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxdandır küsülü olduqları deyilən meyxanaçı Ağamirzə ilə Ağakərimin arasındakı buzlar əriyib. Köhnə dostlar barışsa da, bunu ört-basdır etməyə çalışıblar.

Publika.az-a açıqlama verən Ağamirzə Ağakərimlə hələ gənclik illərindən dost olduğunu deyib: “Ağakərimlə biz 1980-ci illərdən dostluq edirik, hər ikimiz Ağasəlim Çıldağın yetirmələriyik. O vaxtdan bu yana hər yerə qoşa getmişik. Son vaxtlar efirlərdə bərabər görünməməyimiz bəzi insanlarda belə qənaət yaratdı ki, küsülüyük. Amma belə deyil, biz ayrılmaz dostlarıq. Müəyyən səbəblər üzündən efirlərə qoşa çıxmadıq. İndən belə yenə də bizi qoşa görəcəksiniz”.


Müəllif: