7 İyul 2015 12:31
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə istirahətin dadını çıxaran Xatirə İslamın kefinə əməlli-başlı soğan doğrayıblar.

Publika.az xəbər verir ki, dincəldiyi məkanlardan durmadan fotolar paylaşan müğənninin şəkillərinin altında, həmişə olduğu kimi, yenə də xoşagəlməz sözlər yazıblar. Kimisi ona bəxtəvərlik verib, kimisi də “nə gündəsən, ay Xatirə” yazaraq istehza ediblər.

Xatirə də özünün “İnstagram” səhifəsində qəzəbini belə ifadə edib:

“Mən şəkil paylaşanda içinizdəki paxıllığı üzə vurmayın. Allah bilir ki, kimə nə vermək lazımdır.

Adama az bəxtəvərçilik verin, bu, günahdır. Qarnınızdakı qurd ömrünüzü azaldacaq. Nə şəkil qoyulsa, baxın keçin. Xoşunuz gəlməsə, izləməyin. Bir adam ki, şəkillə hamamı səhv sala, mən nə deyim ona? Sözlərim bəzi “düşük”lərə aiddir”.


Müəllif:

Oxşar xəbərlər