17 İyul 2015 15:59
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur mahnı, internetdə fenomenə çevrilmiş "Gangnam Style"ın müəllifi və ifaçısı Park Çji Sun Çində avtomobil qəzası keçirib.


Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə o, özü Honq-Konqda keçirdiyi konsertdə məlumat verib.

Koreyalı məşhur ifaçı deyib ki, o, Honq-Konqa gələrkən avtomobili yolda avtobusla toqquşub.


“Xoşbəxtlikdən qəzadan yüngül qurtuldum. Ancaq məni gətirən avtomobil yararsız hala düşüb. Mən konsertə cangüdənlərin avtomobili ilə gəldim”, deyə Park Çji Sun bildirib.


Müəllif: