Müğənni Elçin Cəfərov və xalq artisti Aygün Kazımovanın iş birliyi davam edəcək. Bu barədə Elçin “Xəzər” telekanalına açıqlamasında bildirib.
Publika.az xəbər verir ki, Elçin Cəfərov özünün bəstələdiyi “Bir parça keks” mahnısına A.Kazımova ilə duetinin uğurlu alınmasından həvəslənərək əməkdaşlığı davam etdirməyi düşünür:
“Birlikdə duet oxuduq, maraqlı alındı. İşbirliyimiz davam edəcək. Aygün xanım üçün mahnılar yazacam. Nə vaxtsa, yenidən duet oxuya bilərik, amma hələ ki, belə plan yoxdur”.
İfaçı açıqlamasında Türkiyə şou biznesinə qatılmaq kimi iddiasının olmamasından da danışıb.