Məşhurlar kimi onların övladları da daim oxucuların və tamaşaçıların maraq dairəsindədir. Bu, bütün dünyada belədir. Məsələn, Madonnanın qızı anası qədər qərb mediasının diqqət mərkəzindədir. Məktəbdə oxuyan qızı daim paparassilər qarabaqara izləyir.
Bir neçə il öncə ana olan Beyonsun yeni doğulan körpəsinin şəklini əldə etmək üçün jurnallar milyon dollarlarından keçməyə hazır idi.
Düzdür, yerli məşhurlar arasında valideyn olanlar çox olsa da, onların nə uşaqlarını izləyən, nə də onların şəkillərini əldə etmək üçün milyon manatından keçən var. Ancaq ictimaiyyəti məşhurların uşaqları valideynləri qədər maraqlandırır.
Publika.az yerli şou nümayəndələrinin uşaqları ilə olan fotolarını təqdim edir. Həmin məşhurlar sırasında müğənni Ayan qızı Selena ilə, Emin əkiz oğlanları ilə, Vasif Məhərrəmli qızı Afşan ilə, Zülfiyyə Xanbabayeva qızı Dəniz və başqaları yer alıb.