4 Avqust 2015 09:12
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, tanınmış aktrisa Suğra Bağırzadə indiyə qədər oynadığı çoxsaylı rollar arasında ən çox sevdiyi obrazından danışıb.


Xatirələrini Publika.az-la bölüşən aktrisa illəröncə çəkildiyi “Ulduz” filminin çəkilişlərini yad edib:


“”Ulduz” filminə çəkiləndə doqquzuncu sinifdə oxuyurdum. Filmin yaradıcı heyəti orta məktəblərdə Yetər roluna qız axtarırdılar. Məni də sinifdə görüb bəyənmişdilər. Elə oldu ki, yetər roluna mən təsdiqləndim. Bu günə qədər ondan artıq filmə çəkilmişəm, amma hələ də məni Yetər deyə çağıranlar var. Məni çoxları “Ulduz” filmində görüb aktrisa kimi bəyəndi”. Yetər mənim üçün çox əziz bir obrazdır”.


Müəllif:

Oxşar xəbərlər