18 Aprel 2014 13:51
2 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı xanım, eks tele-aparıcı Leyla Süleymanova mətbuatda haqqında çıxan şayiələrə aydınlıq gətirib.

Türkiyə mətbuatı fənərbaxçalı futbolçu Səlçuk Şahinlə L.Süleymanovanın eşq yaşadığını yazıb. Həmin xəbərlər yerli mətbuatımızda da dərc olunub.

L.Süleymanova haqqında çıxan dedi-qoduların əsassız olduğunu bildirib: "Bu haqda Türkiyə mətbuatına açıqlama vermişik. Bir də Azərbaycan mətbuatına açıqlama vermək istəyirəm ki, yazılanlar doğru deyil. Səlçukla sadəcə dostluq münasibətimiz var. Əsla sevgili deyilik. Rəfiqəm, türk aktrisası Ebru Öztürkün oynadığı "Aşk oyunu" filminin qalasının after partisindən sonra Selçuk məni evə yola salarkən sağollaşıb dostca görüşüb-öpüşdük. Fotolara diqqətlə baxılsa görüləcək ki, o mənim yanağımdan öpüb. Dostla bu cür sağollaşmaq normal haldır. Sadəcə xahiş edirəm, bunu kimsə olmayan yerə yozmasın. Haqqımda çıxan dedi-qodular ürəyimcə deyil".

Ayxan


Müəllif:

Oxşar xəbərlər