Avqust ayı artıq başladı və bu, o deməkdir ki, ilin ən isti mövsümü sona çatır. Ən maraqlı və provokativ filmlər həmişə məhz bu ay prokata çıxır.
"Yerinə yetirilməz missiya: Səfillər tayfası" (6 avqust)
Tom Kruzun iştirakı ilə döyüş filmlərinin pərəstişkarlarını "Yerinə yetirilməz missiya" filminin növbəti hissəsinin premyerası gözləyir. Bu dəfə İtan Hant öz komandası ilə xüsusi agentlər komandasına qarşı mübarizə aparır. Onlar yeni dünya nizamının yaradılması və dağıdıcı terror aktları üzrə planlar qururlar.
"İrrasional insan" (13 avqust)
Vudi Allenin filmlərini sevənləri xoş xəbər gözləyir. Onun yeni filmi fəlsəfə professoru Eyb Lukasın hekayəsini danışır. Professor rolunu filmdə Hoakim Feniks ifa edir. Baş qəhrəman öz həyatında heç bir məna hiss etmir. Ancaq iki gözəl qızla tanış olduqdan sonra hər şey dəyişir - onlardan biri onun həmkarı, digəri isə gənc tələbədir.
"Fantastik dördlük" (20 avqust)
Amerika rejissorları komislər üzrə filmlər çəkməkdən yorulmurlar. Avqustun 20-də ekranlara "Fantastik dördlük" barədə növbəti film çıxır. Onların həyatı super bacarıqlarının yaranmasından sonra dəyişir. Filmdə Keyt Mara, Mayls Teller, Ceymi Bell və Maykl B. Cordan çəkiliblər.
"Tətil" (27 avqust)
Öz ailəsini bir yerə toplamaq və uşaqlıqdan arzuladığı tətili öz uşaqlarına yaşatmaq məqsədilə gənc ata Rasti Qrizvold həyat yoldaşı və iki oğlu ilə birlikdə bütün ölkədən keçərək səyahətə yola düşür. Səyahətin yekun hədəfi Amerikadakı böyük tematik parka düşməkdir. Əlbəttə ki, hər şey planlaşdırıldığı kimi olmur.