18 Avqust 2015 16:10
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam istirahətindən danışıb.

Müğənni Teleqram.com-a bildirib ki, istirahətindən razı qalmayıb: “Heç xoşuma gəlmədi. 15-20 gün Antaliyada, İstanbulda qaldım. Bəlkə də çox insanlar getdiyinə görə xoşuma gəlmədi. İstirahət üçün ən yaxşı variant rayonlarımıza getməkdir. Yoldaşım işlə bağlı çıxa bilmədiyinə görə mən tək gedə bilmirəm. Düzdür, rayonlarımıza getdik, amma çox az qaldıq. İstirahətə xərclədiyim pulu açıqlamaq istəmirəm. Ümumiyyyətlə, pul ilə bağlı heç bir şeyi açıqlamıram. Ayıbdır”.

Xatirə İslam yaradıcılıq planlarından da danışıb: “Yeni mahnım “Aman Yarim” artıq radiolarda səsləndirilir. Konsert vermək istəyirəm, amma hava çox istidir. Hazırda havaya görə evdən çölə çıxa bilmirəm”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər