21 Avqust 2015 14:44
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Naibə Allahverdiyeva müğənnilərin xınayaxdı mərasimlərinin təşkilindən danışıb.

Əməkdar artist Teleqraf-com-a açıqlamasında deyib ki, müğənnilərin xınayaxdı biznesi ilə məşğul olmasından narazıdır: “Şou-biznesdə bir çox məşhurların xınayaxdı mərasimlərini təşkil edən şirkətləri var. Xuramanla Elnarənin birlikdə xınayaxdı mərasimləri edəcəklərini eşitdim, amma bu haqda dəqiq xəbərim yoxdur. Bilmirəm, müğənnilər niyə xınayaxdı mərasimləri təşkil edirlər? Toyda oxuyurlar və yaxşı da pul qazanırlar. Heç kimin xınayaxdı şirkəti ilə rəqabət aparmaq istəmirəm və aparmıram. Amma onu bilirəm ki, hansı xınayaxdı mərasiminə gedirəmsə, orada mənim adım var”.


Əməkdar artist xınayaxdı mərasimləri təşkil etməsinin səbəbini açıqladı: “Tək qadınam. Maaşla yaşamaq çox çətin idi. Bu işə kiməsə möhtac və əl uzatmamaq üçün başladım”.


Həsənova Rəqsanə


Müəllif:

Oxşar xəbərlər