Müğənni Ayaz Qasımov yaradıcılıq məqsədilə Türkiyəyə yollanıb.
Bu haqda Teleqraf.com-a danışan müğənni yaxın günlərdə yeniliklərini təqdim edəcəyini qeyd edib: “Hazırda İstanbulda mahnı aranjiman etdirirəm, həm də istirahət edirəm. Buraya gəlişim Türkiyə şou-bizesinə qatılmaq üçün deyil. Hələ ki, Türkiyə şou-biznesinə qatılmaq istəmirəm. İnşallah, ikinci gün Bakıya gələcəm və yeniliklərimi təqdim edəcəm”.
Rəqsanə Həsənova