Müğənni Xatirə islam sosial şəbəkədə müğənnilərə milyonçu kimi baxanları tənqid edib.
Teleqraf.com xəbər verir ki, milyonçu müğənni yoxdur: “Mən bəzi insanları başa düşə bilmirəm. Kimə 100 manat, kimə isə 1000 manat verməsini Allah bilər. Gəlin, Allahın işinə qarışmayaq. Çox pulun da çox dərdi var. Mən başqa müğənnilərin adından deyil, şəxsən öz adıma deyirəm ki, Allahıma yalvarırdım ki, 1000 manatımı alıb, sənin kimi insanlara, sizin də 100 manatınızı mənə versin. Amma bir istəyim də var, sənin və övladının bütün sağlamlığını da mənə və övladıma versin. Elə futbolçular, həkimlər var ki, milyon dollar pul qazanırlar. Allah kimin nəyi varsa, özünə qismət etsin. Axı nə tutmusunuz müğənnilərdən? Mən milyonçu müğənni tanımıram. Nə qədər sizin kimi danışanlar olacaq, müğənnilər artmayacaq və yerində sayacaq. Axırda da əsəb və stressdən öləcəyik”.
Rəqsanə Həsənova