6 Sentyabr 2015 16:12
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada adaların birində “jetsurf” edən “Victoria's Secret”in hollandiyalı modeli İfke Şturmun başına bədbəxt hadisə gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur modelin üzərindən gəmi keçib. Napolidə xəstəxanaya aparılan İfkenin vəziyyətinin ağır olduğu deyilir.

Modelin rəfiqələrindən birinin dediyinə görə, qəflətən müvazinətini itirən Şturm dənizə düşüb. Bu zaman isə yaxınlıqdakı gəmi modelin üzərindən keçib.

Həkimlər İfkenin həyati təhlükə riskinin yüksək olduğunu bildiriblər.


Müəllif: