7 Sentyabr 2015 10:00
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən aktrisa Məlahət Abbasova Azərbaycana gəlib.

Bu haqda Teleqraf.com-a rəqqasə Oksana Rəsulova məlumat verib: "Hazırda Göyçayda "BratLi" bədii filminin çəkilişlərinə başlamışıq. Mən filmdə kənd qızı obrazını canlandırıram. Bizim fəxrimiz və çox sevdiyim Məlahət Abbasova anam obrazını oynayır. Tərəf müqabilimi isə sevgilim obrazında İlkin Misgərli canlandırır. Əməkdar artist Sabir Məmmədov isə atamı oynayır. İnşallah inanıram ki, bu filmdə də mənə verilən rolun öhdəsindən gələcəm".

Qeyd edək ki, Oksana Rəsulova "Zaman adlı qatar" filminə çəkilib və filmin premyerası oktyabrın son həftəsinə nəzərdə tutulub.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər