“Artıq bu gündən “Axırıncı yol” filminin çəkilişlərinə başlayırıq”.
Bunu Teleqraf.com-a bir neçə gün əvvəl əməliyyat edilən “Bozbash Pictures”in “Fəlakət”i - Elşən Orucov bildirib: “Şükür Allaha, özümü yaxşı hiss edirəm. Bu gündən filmdə çəkilməyə başlayıram. Hələ ki, filmin çəkilişləri Bakıda olacaq. İsmayıllıya 10 gündən sonra gedəcəyik. Həkim 10 gün özümü qorumağımı tapşırıb. Ağır nə isə qaldırmağıma icazə vermir. Amma normal həyata qayıtmışam və heç bir problem yoxdur. Filmdə “Fəlakət” obrazını canlandırıram. Ad dəyişmir. Amma filmdə “Fəlakət”in indiyə qədər görmədiyiniz tərəflərini görəcəksiniz. Bu digər obrazlara da aiddir. Maraqlı bir film olacaq”.
Qeyd edək ki, aktyoru “Axırıncı yol” filminin çəkilişləri zamanı İsmayıllıda kəskin sancılar tutub və Bakıya gətirilərək appendisitdən əməliyyat edilib.
Rəqsanə Həsənova