18 Sentyabr 2015 23:49
2 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl mətbuatda Röya Ayxan ilə sevgili olduğu deyilən “Bozbash Pictures”in aktyoru Elşən Orucov bu barədə danışıb.

Aktyor Teleqraf.com-a Röya ilə sevgili olması barədə xəbərləri şayiə adlandırıb. Bildirib ki, həyatında heç kim yoxdur: “Bu barədə açıqlama verməmişəmsə, deməli yalandır. Mənim dostlarım çoxdur və bilirsiniz ki, 10 ildir ki, televiziya sahəsində işləyirəm. Buna görə də şou nümayəndələrini tanıyıram və hamı ilə münasibətim yaxşıdır. Şəkil çəkdirib “İnstaqram”da paylaşan zaman sevgili şayiəsi çıxardırlar. Həyatımda heç kim yoxdur. Bu il sevindirici bir xəbər olacaq. Amma mən tərəfdən deyil, kollektivimizdən bir nəfər haqqında olacaq”.

Rəqsanə Həsənova


Müəllif: