Azərbaycan səhnəsinin əkiz bacıları - Sevil və Sevinc Səfərovalar repertuarlarında yenilik edib.
Teleqraf.com xəbər verir ki, onlar “Aylam” adlı mahnını dinləyicilərinin ixtiyarına veriblər. Mahnının söz və musiqisi Vasif Azimov, aranjemanı isə İlqara aiddir.
Sevinc bildirib ki, bu mahnını ərsəyə gətirdikləri zaman hər kəs düşünüb ki, onların gizli qız övladı var: “Hamı elə bilir ki, bizim Ayla adlı qızımız var. Amma mahnının əsl tarixçəsi elə deyil. Biz səhnədə olan zaman yanımıza balaca və çox şirin bir qız yaxınlaşdı. Özümüzdən asılı olmayaraq, uşağı o qədər sevdik ki, ona mahnı həsr edəcəyimizə söz verdik. Biz ümumiyyətlə uşaq sevənik. Və Allahdan hər bir körpəyə sağlam böyüməyi arzu edirik”.
Bacıların yeni mahnısını isə aşağıdakı linkdə dinləyə bilərsiniz:
Rəqsanə Həsənova