İlhamə Quliyeva ilə Günel Zeynalova arasında qalmaqal baş verib.
Teleqraf.com xəbər verir ki, xalq artisti “Onlar”a açıqlamasında Günel Zeynalovanın başına tac qoymasını saymamazlıq kimi dəyərləndirib: “Başına tac qoydu və dedi ki, kim nə deyə bilər? Tac mənimdir. Azərbaycanda hər kəs bilir ki, tacın sahibi İlhamədir. Rəsmi sənədlərlə taclarım var. Şıltaqlığı getsin evlərində etsin, mənə yox”.
Günel Zeynalova isə bildirib ki, İ. Quliyeva taca görə ondan inciyib. Qeyd edib ki, heç kimin tacında gözü yoxdur: “Vallah, heç kimin taxtında-tacında gözüm yoxdur. Mənim İlhamə xanıma hörmətim çoxdur. Və onu çox istəyirəm".
Xalq artisti İlhamə Quliyeva ölüm xəbərinin yaılmasına da münasibət bildirib: “Kim kimə ölüm arzulayır, o ondan qabaq öləcək. Amma mən heç kimə ölüm arzulamıram. Yaşasın və mənim uğurlarımı görsün. Rusiyada bir toy məclisi olmalı idi və toya mənimlə Nurini dəvət etmək istəyiblər. Çox zəngin insanlar idilər. Bundan bəzi üzdən iraq insanlar xəbər tutub və Moskvaya gedib, adamları tapıblar. Deyiblər ki, İlhamə iynə-dərmanla yaşayır, onu istəyirsən ki, sənin toyunda ölsün. Onu deyən adam mənim və xalqın qabağında canlı meyitdir. Nə qədər elə desələr, çox yaşayıram".
Rəqsanə