“Gecə qonağı” filminin təqdimatını keçirən Kənan M.M yeni filmindən danışıb.
Rejissor Teleqraf.com-a bildirib ki, “Qayıdış” adlı yeni bir film çəkəcək. Onun sözlərinə görə, film dram janrında olacaq: “Bu ekran əsəri də İlqar Fəhminin ssenarisi əsasında çəkiləcək. Film 10 ildən sonra görüşən ər və arvadın faciəsindən bəhs edir. O filmdə “Gecə qonağı” filmindəki aktyorlar deyil, başqa aktyorlar çəkiləcək. Baş rolda da özüm oyanayacam. Göstərəcəm ki, insanların hissinə toxunmaq nə deməkdir? Mən ağlatmağı bacarıram, çünki duyğu insanıyam”.
Rəqsanə Həsənova