5 Oktyabr 2015 13:45
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor-şoumen Azər Axşam Xəzər televiziyasından ayrılma səbəbini açıqladı.

A. Axşamın Teleqraf.com-a açıqlamasına görə, Xəzər televiziyasında müqaviləsi bitdiyi üçün ayrılıb. Onun sözlərinə görə yeni ATV-də yeni verilişlə tamaşaçıların görüşünə gələcək: “Bu aydan ATV-də yeni veriliş başlayacağıq inşallah. Hələ ki, hansı səpkidə veriliş aparacağımı tam dəqiqləşdiməmişik. Bir–iki nüans qalıb. Yalnız onu deyə bilərəm ki, veriliş əyləncə xarakterli olacaq. Şoumen olduğum üçün şou xarakterli veriliş aparacam”.

Şoumenin sözlərinə görə Xəzər televiziyasında hər hansı problem yaşamayıb: “Müqaviləmiz bitdi və mənə uyğun yeni layihə olmadığı üçün “Xəzər”dən ayrılmaq məcburiyyətində qaldım. Orada heç bir problem yaşamadım və o televiziyadan sözün əsl mənasında çox razıyam. Üç il “Xəzər TV”-də işlədim və mənə qarşı heç bir nöqsan olmadı”.

Qeyd edək ki, A. Axşam Xəzər TV-də “Qaraoki” verilişinin aparıcısı idi.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər