Gənc müğənni Murad Mehrəliyevdən xəbər var. Sənətçi bu günlərdə “Saat 6-da” adlı mahnısını sevənlərinin ixtiyarına verib.
Publika.az-a yeniliklərindən danışan Murad mahnının ekran versiyasını da hazırlayacağını bildirib.
Qeyd edək ki, Murad tanınmış bəstəkar Nailə Mirməmmədlinin “Səmum” qrupunun solisti olub. Bir neçə ay bundan əvvəl qrupu tərk edən sənətçi solo fəaliyyətlə məşğuldur.
Maraqlıdır, tələbəsinin bu addımı Nailə Mirməmmədlini incik salmayıb ki? Aldığımız cavab belə olub: “Nailə xanımın yetirməsi olduğma görə fəxr edirəm. Elə qrupdan ayrılıb solo fəaliyyətə başlayanda da ondan halallığımı aldım. Bizim işbirliyimiz həmişə davam edəcək. Nailə xanımla birgə yeni layihəmiz də planlaşdırılıb”