Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzovun Azərbaycan nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “M Trans” MMC-yə rəhbər təyin edilməsi haqqında xəbər yayılıb.
Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə məlumat doğru deyil: “Mənim oğlum 6 ildir ki, M Trans” MMC-də şöbə müdiridir. Bu, təzə bir xəbər deyil. Amma rəhbər olması yalan məlumatdır. Hazırda Azərbaycanda deyiləm və ətraflı heç nə deyə bilməyəcəm”.
Rəqsanə