“Hər axşam” verilişinə qonaq olan müğənni Röya Ayxan kaprizlərindən danışıb.
Teleqraf.com xəbər verir ki, müğənni insan xarakterinin heç vaxt dəyişmədiyini deyib: “Uşaqlıqdan kaprizli olmuşam. Xarakter heç vaxt dəyişmir. İnsan necə varsa, elə də qalır. Anam deyirdi ki, mənə çəkdirdiklərini övladın da sənə çəkdirsin. Atam da mənə görə anamı danlayırdı.
İndi oğlum Hüseyn də çox kaprizlidir. Məsələn, bu verilişə gələndə altı paltar aldırdım, biri xoşuma gəldi. Mənim xarakterim populyar olmamışdan əvvəl də belə idi. Görüb götürmək başqa şeydir”.
Yaradıcılıq planlarından danışan müğənni gələcəkdə aktrisa kimi dramatik filmdə oynamaq istədiyini dilə gətirib: "Azərbaycan qadınları haqqında yazılan dramatik filmdə çəkilmək və bir aktrisa kimi də özümü sınamaq istəyərəm”.
Rəqsanə