ABŞ Prezidenti Barak Obama öz vəzifəsini Suriya Prezidenti Bəşər Əsəddən daha tez tərk edə bilər.
Bu sözləri öz “Tvitter” səhifəsində Rusiya Dövlətinin Beynəlxalq Məsələlər üzrə Komitəsinin rəhbəri Aleksey Puşkov söyləyib. Onun sözlərinə görə, Obama Əsədi devirməklə bağlı verdiyi sözə əməl etmədi:
“Obama 02.03.2012-ci il tarixində bəyan etmişdi ki, Əsədin günləri artıq başa çatıb. Həmin gündən 1331 gün keçib və ABŞ-da hələ də Əsədin son günlərini saymağı dayandırmayıblar. Obama belə gedəcək”./axar.az/