Yeni iş yeri axtarışında olan Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello MLS variantını da nəzərdən keçirir.
Teleqraf.com xəbər verir ki, 69 yaşlı italiyalı mütəxəssis Amerikanın bir neçə klubu ilə danışıqlar aparır. Təcrübəli çalışdırıcı 2016-cı ildən etibarən fəaliyyətə başlamağı planlaşdırır.
Kapellonun məhz hansı klublarla münasibətdə olduğu bəlli deyil.
Kapello iyulda Rusiya Futbol Federasiyası ilə müqaviləni pozdu. Onun vaxtından əvvəl göndərilməsi federasiyaya baha başa gəlib.
Məlumata görə, Kapellonun kompensasiyasının cəmi 20 milyon avroya qədər təşkil edib. Hələ 2 milyon avronu mütəxəssisin köməkçiləri əldə edib.
Rüstəm