25 Oktyabr 2015 19:59
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saçlarınız sönük görünür? Onda mütləq avokadodan istifadə etməlisiniz. Çünki avokado saçlara inanılmaz dərəcədə həcm verir. Bu meyvə saçları həm də nəmlə təmin edir və qidalandırır.

Avokadonun tərkibindəki antioksidantlar, eləcə də A, E, D, B6 vitaminləri saçların tökülməsinin qarşısını alır.


Publika.az saçlarınızda möcüzələr yaradacaq avokado maskasını təqdim edir:

Tərkibi:
1/2 yetişmiş avokado
1 ədəd yumurtanın sarısı

Hazırlanması və tətbiqi:
Yumurta sarısını çəngəllə çırpın. Avokadonu blenderdən keçirib püre halına gətirin. Daha sonra yumurta ilə avokadonu qarışdırın. Maskanı çəkməzdən öncə saçlarınızı isladın. Alınmış qarışığı saç diblərindən başlayaraq çəkin. 5 dəqiqə masaj edin. Saçlarınızı soyuq su ilə yuyun. İsti sudan istifadə etməyin.

Avokado qalıqlarını təmizləmək üçün daraqdan istifadə edin. Maska saçınızdan tamamilə təmizləndikdən sonra təbii vasitələrdən hazırlanmış keyfiyyətli şampunla saçınızı yuyun.

Saçınızı fenlə qurutmayın.


Saçlarınızın daim həcmli görünməsi üçün bu maskanı həftədə bir dəfə çəkin.


Müəllif:

Oxşar xəbərlər