27 Oktyabr 2015 12:46
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl Oda Teatrı haqqında qalmaqallı ittihamlar səsləndirən xalq artisti Ramiz Məlik teatr rəhbərliyi tərəfindən məhkəməyə verilməməsinin səbəbini açıqlayıb.

Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, Oda Teatrı ilə bağlı sübutları çoxdur: “Mənim arxamda xalq dayanır. Əgər onlar 15-16 yaşlı qızlara "soyunun" deyirlərsə, təbii ki, o hal mənim azərbaycanlı kimi xoşuma gəlmir. Həmin teatrın fəaliyyətinə icazə verənlər, hüquq-mühafizə orqanları o məsələ ilə məşğul olsunlar. Mən qarışmıram”.

R.Məlik bir müddət əvvəl Oda Teatrını gəncləri əxlaqsızlığa sürükləməkdə ittiham etmişdi. Oda Teatrının rəhbəri Elmin Bədəlov bu ittihama görə xalq artistini məhkəməyə verəcəklərini qeyd etsə də sonradan bu bu fikirdən daşınıblar.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər