“Amma yenə də” mahnısı ilə “Youtube”da izlənmə rekordu qıran İradə Mehridən xəbər var.
Teleqraf.com-a açıqlama verən ifaçı bugünkü gün qazandığı uğurları üçün anasına və özünə borclu olduğunu deyib. Hətta ilk mahnısını almaq üçün qızıllarını lombarda qoyan İradə Mehri açıqlamasında belə qeyd edib:
“Yeganə sponsorum özüməm. Ən gözəli də elə budur. Mənim 33 yaşım var, bugünə kimi çalışdım, vuruşdum axır ki, yavaş-yavaş istədiklərimə nail oluram. Bunu heç gizlətmirəm də. Əziyyətimlə və öz qazancımla bu pilləyə çatmışam. Lazım olanda qızıllarımı lombardada qoymuşam. 3-4 il əvvəl özümə çox gözəl zinət əşyaları almışdım. Anam hətta özümə də o qızılları taxmağa vermirdi. Ancaq anam bu işə olan həvəsimi gördü verdi mənə ki, apar qoy lombarda. İlk addımımı o pulla atdım, uğurlu da alındı”.
Əfruzə