29 Oktyabr 2015 10:00
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində "My name is İntiqam-2 Moldova" filminin qala gecəsi keçirilib.

Teleqraf.com-a danışan filmin baş rol ifaçısı Müşfiq Şahverdiyev ekran əsərinin uğurlu alındığını deyib: "Bu gün çox həyəcanlıyam və inanıram ki, "My name is İntiqam-2 Moldova" birincidən uğurlu alınıb. Bu filmdə Moldova aktyorları da çəkilib. Onlardan biri - İon Mocano burada iştirak edirlər.

Bu ekran əsərində ilk filmdə etdiyimiz səhvləri aradan götürmüşük. Çünki Azərbaycanda kommersiya filmləri iki ildir çəkilməyə, inkişaf etməyə başlayıb. Ona görə də səhvlərimiz ola bilər. Qarşıdakı filmlərdə səhvlər aradan götürüləcək. İnşallah, yalnız biz yox, bir neçə komanda hər il Azərbaycan kommersiya filmlərini inkişaf etdirəcəyik və xarici filmlərlə rəqabətə girəcəyik.

Filmdə ikibaşlı zarafatlar var. Açıq səhnələr o qədər də çox deyil. Onu da deyim ki, filmi kinoteatr üçün çəkirik. Kim baxmaq istəsə, gedib baxa biləcək. İnanıram ki, işimiz insanların xoşuna gələcək".

"My name is İntiqam-2 Moldova"da Müşviq Şahverdiyev, Ənvər Abbasov, İlkin Misgərli, Niftulla Əsgərov və başqaları çəkilib.

Filmin rejissoru İlham Yaşaroğlu, ssenaristlər Fariz Əliyev və Ənvər Abbasovdur.

Rəqsanə


Müəllif: